İşıqlı ziyalı, görkəmli alim-Famil Mustafayev

Oxunma sayı: 159
18-05-2023, 09:10

İşıqlı ziyalı, görkəmli alim-Famil Mustafayev
Həyatda hər bir şəxs müəyyən peşənin və ya sənətin sahibi ola bilir. Amma ziyalı olmaq və ziyalı ömrü yaşamaq hər bir insana nəsib olmur. Ziyalı o şəxsdir ki, taleyüklü məsələlərdə öz düşüncəsi və zəkası ilə cəmiyyət üçün yanan çıraq olur. İnsanlar onun ziyasının nurundan yararlanırlar, bəhrələnirlər. Bu danlılmaz bir reallıqdır ki, cəmiyyətimizin inkişafı ziyalılarımızın sayı nisbətindən asılıdır. Mövud vəziyyətdə dəyərli və önəmli ziyalılarımızın sayı yetərincə olmaması səbəbindən bir çox çətinliklər və problemlərlə üzləşməli oluruq. Ziyalı dedikdə gözümüzün önündə millətin simasını müəyyənləışdirən şəxslər canlanır.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Front oğlu Mustafayev də məhz belə ziyalılarımızdandır. Onun Azərbaycan elmində, daşıdığı vəzifəsində öz müstəsna xidmətləri var. O, rəhbəri olduğu, çalışdığı işin öhdəsindən layiqincə gəlir, xalqına, dövlətinə yetərincə xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, İqtisad elmləri doktoru, professor Famil Front oğlu Mustafayev 18 sentyabr 1966-cı ildə Salyan rayonunda anadan olmuşdur.
1984-1989-cu illərdə Rusiya Federasiyası Rostov Dövlət Universitetinin İqtisadiyyat fakültəsində siyasi iqtisad ixtisası üzrə təhsil almış və universiteti fərqlənmə diplomu ilə bitirmişdir.
1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə təhsil almış və universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

Əmək fəaliyyəti də olduqca zəngindir.

1989-1992-ci illərdə Azərbaycan Texniki Universitetində “Siyasi iqtisad” kafedrasında müəllim,
1992-2000-ci illərdə iqtisadiyyat sahəsində bir sıra nazirlik və dövlət komitələrində məsul vəzifələrdə işləmişdir.
2001-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadi nəzəriyyə-2” kafedrasının baş müəllimi,
2004-2015-ci illərdə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini,
2015-2016-cı illərdə Azərbaycan Respublikasının təhsil nazirinin müşaviri,
2016-2018-ci illərdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifələrində çalışmışdır.
2018-2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin vəzifələrini icra edən sədr müavini işləmişdir.
2019-cu ilin 21 iyun tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədridir.

Elmi-pedaqoji fəaliyyətinə gəldikdə isə:

1989-1992-ci illərdə Azərbaycan Texniki Universitetində müəllim, 2001-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində baş müəllim, 2009-2014-cü illərdə dosent, 2014-2019-cu illərdə professor vəzifələrində çalışmışdır.
1998-ci ildə “Keçid dövründə çoxukladlı iqtisadiyyatın formalaşmasında özəlləşdirmənin rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək İqtisad elmləri namizədi elmi dərəcəsini,
2010-cu ildə “Transformasiya şəraitində makroiqtisadi proseslərin dövlət tənzimlənməsi problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək İqtisad üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 2009-cu ildə dosent elmi adını, 2014-cü ildə professor elmi adını almışdır.
Famil Mustafayev 60-dan çox elmi əsərin - məqalə, dərslik, dərs vəsaitləri, tədris proqrmaları və iki monoqrafiyanın müəllifidir.

Famil Mustafayev fenomen insandır, peşəsinə və özünə dəyər verən şəxsiyyətdir, fitri istedada malik professordur, işıqlı ziyalıdır, mənəviyyat sahibi, dir. Allah bu bəndəsindən insanlığa aid heç bir şeyi əsirgəməyib. O, müsbət aura, səmimiyyət və sadəlik təcəssümüdür.
Əxlaqı və mənəvi dəyər baxımından da kamil bir şəxsdir. Düzlüyü, dəqiqliyi, dürüstlüyü, işində peşəkarlığı sevəndir. Bu səbəbdən də addımladığı bu yolda heç vaxt büdrəməmiş və yıxılmamışdır.
İqtisad elmləri doktoru, professor Famil Mustafayev sadəliyi ilə fərqlənir. Ona müraciət edən hər bir şəxsə çox diqqətcil və qayğıkeşdir. Gənc kadrlar onun peşəkar təcrübəsindən və dəyərli məsləhətlərindən yararlanırlar.
Famil müəllim əsl Azərbaycan ziyaklısına xas olan bütün insani keyfiyyətləri özündə cəmləşdirdİyi üçün cəmiyyətdə yüksək nüfuz və hörmət sahibidir.
Famil müəllimin keçdiyi zəngin və mənalı ömür yolu onun seçdiyi amallara və kamil şəxsiyyət ideallarına sadiqliyin parlaq nümunəsidir. Tutduğu vəzifədə həmişə yüksək peşəkarlıq və səriştəlilik nümayiş etdirib, bütün kollektivə örnəkdir.
Daxilən gözəl, mənəvi cəhətdən zəngin olan insanlar hörmət və ehtirama layiqdirlər. Mənəvi zənginlik insanın ən ümdə xasiyyətidir. Famil Mustafayev də mənəvi cəhətdən zəngin, daxilən xeyirxah insanlardan biridir. Bu da onun şəxsiyyətini, böyüklüyünü müəyyənləşirməyə imkan verir. Məhz buna görə də o ən təmiz hiss və arzularıyla, əməllərilə tanınır, əsl insan kimi sevilir.
Bu həyatda istər yaxşı həkim olsun, istər yaxşı müəllim, hər bir peşə sahibinin mayasında insanın şəxsiyyəti dayanır. Şəxsiyyətində, xarakterində yarımçıqlıq olan adam heç vaxt böyük iş ortaya qoya bilməz. Bu mənada, Famil Mustafayev şəxsiyyəti ilə sözü, əməli bir-birini tamamlayan bütöv bir insandır. Famil müəllim Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, İqtisad elmləri doktoru, professor, bütün bu yorulmaz əməyi ilə yanaşı, vicdanlı vətəndaş və xalqımıza örnək ziyalıdır. Xarakterinə xas olan sadəlik, təbiilik, səmimiyyət, xeyirxahlıq, alicənablıq, və nikbinlik onu rəhbəri olduğu sahədə doğmalaşdıran ən mühüm kefiyyətlərdəndir.
Ürəklərdə güvən qazanan İnsan olmaq statusunu Tanrı hər adama nəsib etmir. Düşünürəm ki, sahib olduğu bu ülvi keyfiyyəti Famil müəllimə İlahidən ən dəyərli ərməğandır...

Siz təkrarsız Famil Mustafayev ünvanı yaratmısınız. Nə yaxşı ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri məhz sizsiniz.
Ulu Tanrıdan sizə uzun ömür, can sağlığı, müvəffəqiyyətlər, yaradıcılıq nailiyyətləri arzulayırıq.

Professor Zabit Aslanov

Paylaş
Xəbər lentİ