Xankəndidə şok plan - 32 il öncəki ssenari təkrarlanır

Oxunma sayı: 97
24-05-2023, 18:59

Xankəndidə şok plan - 32 il öncəki ssenari təkrarlanır
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində hələ də qalan separatçılar 1991-ci il ssenarisini təkrarlamaq istəyir.

Arasdırma.info xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” açıqlamasından sonra Xakəndində ciddi təşviş yaranıb.

Separatçılar rəsmi İrəvana etiraz edir, Paşinyanın onların adından danışmaq haqqının olmadığını bildirir. Həmçinin, “erməni əhalisinin adından danışdıqlarını” iddia edirlər.

Məlumatlara görə, separatçılar qondarma “referendum” keçirmək və Azərbaycan tərkibində yaşamaq istəmədiklərini elan etmək istəyirlər. Separatçı rejimin qondarma keçmiş “xarici işlər naziri”, baş separatçı Araik Arutyunyanın “müşaviri” David Babayan da “referendum” məsələsinin gündəmdə olduğunu deyib.

1991-ci ilin 10 dekabrında separatçılar Ermənistanın dəstəyi ilə qondarma “referendum” keçirirərək, qondarma “Dağlıq Qarabağ respublikası” elan etdilər. II Qarabağ müharibəsindən sonra çıxılmaz vəziyyətə düşən separatçılar yenidən eyni ssenari ilə “erməni əhalisi Azərbaycanı istəmir” qərarını çıxarmaq niyyətindədir. Bu, beynəlxalq ictimaiyyətin dəstəyini əldə etmək məqsədi daşıyır, lakin gözləniləndir ki, separatçılar “referendum”da Rusiyanın onlara sahib çıxması məsələsini də irəli sürsün və Moskvaya müraciət etsin. Separatçı rejim hazırda özlərini qorumaq üçün müxtəlif variantlar üzərində düşünür.

Paylaş
Xəbər lentİ