“Yeni İpək Yolu”nda niyə Azərbaycan yoxdur? -

Oxunma sayı: 103
25-05-2023, 08:57

“Yeni İpək Yolu”nda niyə Azərbaycan yoxdur? -
Xəbər verdiyimiz kimi, Millət İttifaqının prezidentliyə namizədi, CHP lideri Kamal Kılıçdaroğlu prezident seçiləcəyi təqdirdə həyata keçirəcəyini vəd etdiyi “Yeni İpək Yolu” layihəsi ilə məyus etmişdi. Kılıçdaroğlunun hədəflədiyi “Yeni İpək Yolu” Azərbaycandan yan keçmişdi. Metbuat.az xəbər verir ki, Türkiyənin "Babala TV" adlı youtube kanalına qonaq olan Kılıçdaroğluna audiotoriyadan bununla bağlı sual ünvanlanıb. CHP-nin təqdim etdiyi “Yeni İpək Yolu”na Azərbaycanın niyə daxil edilmədiyi ondan soruşulub. Kılıçdaroğlu suala belə cavab verib:"Bizim Azərbaycanla olan dostluğumuz heç bir partiya tərəfindən fərqli düşünülə bilməz. Ana hədəfimiz Orta Asiyanı Türkiyə və Avropa ilə birləşdirmək. Mərkəzi Türkiyə layihəsini böyütmək və Türkiyəni türk dövlətləri ilə çox daha güclü əlaqələri üçün iqtisadi infrastrukturu formalaşdırmaqdır. Bütün hədəfimiz budur. Bir də Zəngəzur Koridoru var, bu koridorun açılması lazımdır. Amma bu koridorun açılması tərəflərin razılaşması və Türkiyənin Azərbaycana qeyd-şərtsiz dəstək verməsindən asılıdır. İranla Ermənistan arasındakı birlikdəlik bu koridorun açılmasını çətinləşdirir".

Paylaş
Xəbər lentİ