DGK-nın iki yüksək vəzifəli şəxsi təqaüdə göndərildi

Oxunma sayı: 100
31-05-2023, 22:42

DGK-nın iki yüksək vəzifəli şəxsi təqaüdə göndərildi
Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini Güloğlan Muradlı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Arasdırma.info "Report"a istinadla xəbər verir ki, bununla bağlı Gömrük Komitəsinin sədri Şahin Bağırov sərəncam imzalayıb.

Digər sərəncamla DGK-nın Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi Rauf Rzayev də təqaüdə çıxarılıb.

Komitədən bildirilib ki, hər iki vəzifəyə hələlik təyinat yoxdur.

Paylaş
Xəbər lentİ