Nazir tanınmış idmançını təqaüdə göndərdi.

Oxunma sayı: 102
1-06-2023, 23:29

Nazir tanınmış idmançını təqaüdə göndərdi.
Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin rəisi, polis polkovniki Zemfira Meftahətdinova təqaüdə göndərilib.

Arasdırma.info xəbər verir ki, artıq Z.Meftahətdinovanın yerinə təyinat olub.

Belə ki, polis polkovnik-leytenantı Mövlud Mirəliyev Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi təyin edilib.

Qeyd edək ki, Mövlud Mirəliyev 2020-ci ildə DİN-in İdman Cəmiyyətinin baş inspektor vəzifəsinə təyin olunmuşdu.

Əlavə edək ki, Z.Meftahətdinova fəaliyyətini Azərbaycan Atıcılıq Federasiyasında davam etdirəcək.//publika

Paylaş
Xəbər lentİ