Təhsil işçiləri təhsil ocaqlarında düzgün tərbiyə formalaşdırmalı, keyfiyyətli təhsili təmin etməlidirlər.
Lakin təəssüflər olsun ki, ölkənin bir çox təhsil müəssisələrində rəhbər şəxslərin qanunsuz və özbaşına əməlləri tədrisin keyfiyyətinə mənfi təsir göstərir. Belə olan təqdirdə isə gələcəyimiz üçün ciddi təhlükə yaranır.
Həqiqətən bəzi təhsil işçiləri öz mənfur və ağılasığmaz əməlləri ilə harınlamış məmurlara şükür etdirir. Təhsilimizin utancverici simalarından biri də Xırdalan şəhər 2 nömrəli məktəbin rus bölməsi üzrə direktor müavini Elşən Quliyevdir.
Direktor müavinin əndazəni aşan hərəkətləri barədə ilginc məlumatlar yayılıb.
Direktor müavini Elşən Quliyev rus bölməsində Ədalət Camalovanın direktor olduğu dövrdə bütün fakultətivləri müəllimlərin adına yazıb pulunu mənimsəyib. Bu insan rus sektorunun direktor müavini olmasına baxmayaraq azərbaycan sektorunda özünə dərs saatları yazıb və həmin dərsləri tədris etməyib. Onun qanunsuz əməlləri bununla bitməyib. Bu şəxsin gözlərini pul hərisliyi o qədər bürüyüb ki, bazar gününə dərs saatı yazıb. Bu məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən, həmçinin Abşeron-Xızı regional Təhsil İdarəsindən yoxlama gələrsə jurnalda həftəsonuna yazılan dərs saatlarını görərlər. Bu şəxs Ədalət Camalovanın dövründə etdiyi qanunsuzluqların xülyası ilə yaşayır. Kimsə ona qarşı çıxanda hədə-qorxu gəlir. Bütün rus sektorunun müəllimləri onun əlindən cana doyub.
Həmin vaxtlarda qiymətlər şagirdlərə pulla və şişirdilmiş halda yazılıb.
Keçmiş dövrdə pul yığıb özbaşınalıq edən və məktəbi idarə edən bu şəxs olub.
Ən böyük saxtakar, fırıldaq, rüşvətxor olan bu insan özünü təhsil sahəsində önəmli fiqur hesab edir.
Ölkəni içdən dağıdan, elmlə yanaşı mənəviyyatımızı tar-mar edən təhsil sahəsində qanunsuzluq və rüşvətxorluq edən belə şəxslərdir.
Rüşvətxor, büdcəgir, işbaz və alıb-aldadan təhsil işçilərinin ucbatından təhsilimiz günü-gündən bataqlığa batır.
Belələrinə qarşı niyə tədbir görülmür?
Bu məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət edilib. Ümid edirik ki, tezliklə bu məsələ ilə bağlı bir tədbir görülər.
P.S məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Yazının ARDI VAR…
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70