Generalın yerinə gətirilən şəxs bu nazirin işçisi olub - DOSYE

Oxunma sayı: 128
22-09-2023, 22:41

Generalın yerinə gətirilən şəxs bu nazirin işçisi olub - DOSYE
Xəbər verdiyimiz kimi, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin rəis müavini, general-mayor Məhərrəm Qafarov vəzifəsindən azad olunaraq, yerinə polkovnik Nofəl Əsədov gətirilib.

Arasdırma.info bildirir ki, "Qaynarinfo"ya Penitensiar Xidmətin rəis müavini vəzifəsini icra edən Nofəl Əsədovun kimliyi ilə bağlı maraqlı məlumat daxil olub.


29.04.1982-ci il tarixdə Bakı şəhərində anadan olan Nofəl Əsədov uzun illər Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Fövqəladə Hallar Nazirlyində müxtəlif vəzifələrdə çalışıb. Son iş yeri isə FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi, general-mayor Adil Abdullayevin rəhbərlik etdiyi qurum olub.

Nofəl Əsədov FHN-nin Böhran Vəziyyətində İdarəetmə Mərkəzinin Əməliyyat Şöbəsinin müdiri vəzifəsində çalışırmış.

Qeyd edək ki, 20.09.2023-cü il tarixdə ədliyyə naziri Fikrət Məmmədovun müvafiq əmri ilə ədliyyə polkovniki Novəl Əsədova Penitensiar Xidmətin rəis müavini vəzifəsinin icrası həvalə edilib.

Onun atası Abbas Əli Əsədov isə iş adamı olub.

Paylaş
Xəbər lentİ