Zakir Fərəcovun 5 illik mübarizəsi və qələbəsi - Madər Musayevin vəfatı Binəqədini parçaladı

Oxunma sayı: 98
5-10-2023, 00:25

Zakir Fərəcovun 5 illik mübarizəsi və qələbəsi - Madər Musayevin vəfatı Binəqədini parçaladı
Məlum olduğu kimi, Binəqədi və Abşeron rayonlarının bəzi əraziləri Sumqayıtın inzibati ərazisinə verilir.
Bu, “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihədə qeyd edilib ki, Binəqədi qəsəbəsinin ərazisindən 1213 ha torpaq sahəsi, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 ha və 2223,67 ha torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.
Arasdırma.info Bakupost-a istinadən xəbər verir ki, sözügedən ərazilərin, xüsusən Binəqədi rayonundan nəzərdə tutulan ərazinin Sumqayıta verilməsi uzun müddət mübahisə predimeti olub. Hətta vaxtilə Xaləddin İsgəndərovun Binəqədinin icra başçısı olduğu dönəmlərdə bu mübahisə pik həddə çatıb. Belə ki, ərazidə nişanlanma işləri aparmaq istəyən Binəqədi İH-nin məsul şəxsləri - həmin vaxt icra başçısının birinci müavini işləyən İlqar Süleymanov Sumqayıt İcra başçısı Zakir Fərəcovun göstərişi ilə saxlanılaraq polis şöbəsinə aparılmışdı. O zaman məsələyə Milli Məclisin Binəqədidən olan deputatı, mərhum Madər Musayev müdaxilə etdikdən sonra İlqar Süleymanov sərbəst buraxılmışdı.
Bu hadisədən sonra həmin ərazilərin Sumqayıta verilməsi məsələsi uzun müddət dondurulmuşdu. Təbii ki, burada Madər Musayevin nüfuzu və Zakir Fərəcovla şəxsi münasibəti əsas rol oynamıştı. Qeyd edək ki, Madər Musayev əslən Binəqədi kəndindən idi və Sumqayıta verilməsi nəzərdə tutulan ərazilər də məhz Binəqədi qəsəbəsi və kəndin ərazisinə aid idi.
Görünür, Madər Musayevin vəfatı ərazilərin Sumqayıta verilməsi məsələsini yenidən gündəmə gətirib. Artıq Zakir Fərəcovun bu məsələni öz xeyrinə həll etməsinə mane olacaq nüfuzlu şəxs yoxdur. Bu səbəbdən də sözügedən ərazilərin Sumqayıtın icra başçısının nəzarətinə verilməsi rəsmiləşmək üzrədir...

Paylaş
Xəbər lentİ