Xankəndidə küçə və prospektlərə bu adlar verildi – SİYAHI

Oxunma sayı: 96
6-10-2023, 01:17

Xankəndidə küçə və prospektlərə bu adlar verildi – SİYAHI
Xankəndi şəhərinin küçə və prospekt adları yeniləndi.

Arasdırma.info xəbər verir ki, sosial şəbəkələrdə “Xankəndi şəhəri” səhifəsində “X” hərfi və müvafiq xəritə yerləşdirilib.

Xəritədə aşağıdakı adlar ilə küçə və prospektləri görmüək mümkündür: Məhəmməd Əmin Rəsulzadə, Zərifə Əliyeva, Həsən Əliyev, Şirin Mirzəyev, Polad Həşimov, 20 yanvar, Maksim Qorki, Pənahəli Xan, Məhəmməd Əsədov, Həzi Aslanov, Hüseyn Cavid, İsmət Qayıbov, Əliyar Əliyev, Həsən Seyidbəyli, Özbəkistan, Xudu Məmmədov, Təbriz, Mirzə Ələkbər Sabir, Əlif Hacıyev, Əzizə Cəfərzadə, Mübariz İbrahimov, Taras Şevçenko, Puşkin, Gəray Əsədov, Cabbar Qaryağdı, Ədil İsgəndərov, Tofiq İsmayılov və Ənvər Paşa.

Qeyd edək ki, Ənvər Paşa küçəsi ermənilər tərəfindən sonradan dəyişdirilsə də, birinci Qarabağ müharibəsindən öncə də var idi.//nokomment.az

Paylaş
Xəbər lentİ