"Azərpoçt"un sədri Dövlət Dəniz və Liman Agentliyinin rəhbərliyinə gətirilib

Oxunma sayı: 74
31-10-2023, 22:55

"Azərpoçt"un sədri Dövlət Dəniz və Liman Agentliyinin rəhbərliyinə gətirilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin İdarə Heyətinin (İH) sədri Əfqan Cəlilov vəzifəsindən azad edilib.

Arasdırma.info xəbərverir ki,"Report"un əldə etdiyi məlumata görə, o, nazirlik yanında Dövlət Dəniz və Liman Agentliyinin İH-nin sədr müavini təyin olunub.

Ə.Cəlilova müvəqqəti olaraq Agentliyin sədri vəzifəsinin icrası həvalə edilib. Qurumdan faktı təsdiq ediblər.

Xatırladaq ki, Dövlət Dəniz və Liman Agentliyinin keçmiş sədri Arif Məmmədov Prezident İlham Əliyevin oktyabrın 27-də imzaladığı sərəncamla Azərbaycanın Yunanıstandakı səfiri təyin edilib.

Paylaş
Xəbər lentİ