Bakıda qəzaya uğrayan “Ferrari” Heydər Babayevin oğlunundur? - VİDEO

Oxunma sayı: 79
3-11-2023, 23:27

Bakıda qəzaya uğrayan “Ferrari” Heydər Babayevin oğlunundur? - VİDEO
Ötən gecə Bakıda qəzaya uğrayan “Ferrari” markalı avtomobilin kimə məxsus olması müzakirələrə səbəb olub.
Bakupost.az xəbər verir ki, baza məlumatlarında 77-SM-077 dövlət nişanlı “Ferrari California T” markalı avtomobili idarə etmək üçün son etibarnamənin N.Babayev tərəfindən Mirsəlim Məmmədzadə adlı şəxsə verilməsi göstərilir.
N. Babayev adı insanlar arasında bu şəxsin keçmiş İqtisadiyyat naziri Heydər Babayevin oğlu olması ehtimalını yaratdı.
Məsələ ile bağlı Bakupost.az -ın əməkdaşı araşdırma aparıb və məlum olub ki, həmin avtomobilin keçmiş nazirlə heç bir əlaqəsi yoxdur.
Gürcüstan vətəndaşı olan Babayevin adı Nazhmaddin kimi qeyd olunub. Bu şəxs maşını etibarnamə ilə Yasamal rayon qeydiyyatında olan Mirsəlim Cəlil oğlu Məmmədzadə adlı şəxsə verib.
Onu da qeyd edək ki, qəzaya uğrayan avtomobilin qiyməti 400 min manatdan başlayır

Paylaş
Xəbər lentİ