Xəbər verdiyimiz kimi, ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi Mirsaleh Miradil oğlu Seyidova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.
Arasdırma.info xəbər verir ki,Qayanrinfo-nun məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı 21.11.2023-cü il tarixində sərəncam imzalayıb.
Mirsaleh Seyidov yeni rütbədə çəkilən ilk fotosu nazirliyin saytında yerləşdirilib.
Qeyd edək ki, Mirsaleh Miradil oğlu Seyidov 23 sentyabr 1977-ci ildə Sumqayıt şəhərində anadan olub. 2023-cü il iyul ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70