“Tərtər işi” ilə bağlı keçirilən məhkəmədə Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun kadrlarından olan 4 rütbəli şəxsə hökm oxunub.
Bir müddət öncə dörd nəfərlə birlikdə N.Sadıkovla bağlı istintaq orqanında araşdırma aparılması haqda vəkillər tərəfindən vəsadət verilsə də, generalın hələ ki, istintaqda dindirilməsi barədə məlumat yoxdur.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov deyib ki, yekunlaşan “Tərtər məhkəməsi” ilə bağlı cəmiyyətdə də xeyli suallar var.
Üzeyir Cəfərov
O, işin davam edəcəyini bildirib:
“Məsələ hələ bundan sonra daha da alovlanacaq. Çünki məhkəmədə xeyli adlar səsləndirilib, faktlar dilə gətirilib. Həmin faktlarla da bağlı qərar verilməlidir. Düşünürəm ki, bununla əlaqədar yaxın vaxtlarda yeni məlumatlar eşidəcəyik. Nəcməddin Sadıkovun taleyinin necə olması haqqında dəqiq bir söz deyə bilmərəm. Onunla bağlı son qərarı istintaq orqanı və məhkəmə verə bilər”.
Hərbi ekspert məhkəmədə kifayət qədər vəsatətlər qaldırıldığını deyib:
“Vəsatətlərə uyğun olaraq da insanların müəyyən gözləntiləri və tələbləri var. Ona görə də rahatlıqla “Tərtər işi”nin bağlanmadığını deyirəm. Hələ çox adam dindiriləcək, dindirilməlidir və məsuliyyətə cəlb edilməlidir. İnanıram bunlar hamısı olacaq”.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70