Səlim Müslümovun işinə görə DTX-yə sorğu göndəriləcək

Oxunma sayı: 53
26-12-2023, 07:05

Səlim Müslümovun işinə görə DTX-yə sorğu göndəriləcək
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.



Arasdırma.info APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində tanınan Maliyyə Nazirliyinin nümayəndələri iştirak etməyib.



Səlim Müslümovun vəkili Dövlət Təhlükəsizliyi Xidmətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş verən qanunsuzluqlarla bağlı ayrıca icraatda olan, istintaqı davam edən cinayət işləri üzrə dövlətə dəymiş ziyanın ödənilməsi barədə son məlumatların verilməsi üçün sorğu verdiyini deyib. Vəkil sorğuya cavab almadığını bildirib və məhkəmə qaydasında da DTX-ya sorğu göndərilməsini istəyib.



Hakim bildirib ki, bundan əvvəl məhkəmə bir dəfə Dövlət Təhlükəsizliyi Xidmətinə ziyanın ödənilməsi barədə məlumat alınması üçün sorğu göndərib, həmin sorğuya cavab alınıb. Hakim qeyd edib ki, ziyanın ödənilməsi üçün son məlumatın alınması barədə yenidən DTX-ya sorğu göndəriləcək.

Ətraflı


Bu səbəbdən proses yanvarın 17-dək təxirə salınıb.



Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb.



O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.



Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.

Paylaş
Xəbər lentİ