Paytaxtda 6 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 1 nəfər işdən çıxarılıb

Oxunma sayı: 46
17-01-2024, 21:13

Paytaxtda 6 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 1 nəfər işdən çıxarılıb
Keçən il Bakıda şəhər prokurorluq orqanları əməkdaşlarından 6 nəfər intizam məsuliyyətinə cəlb olunub.

Arasdırma.info xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunda 2023-cü ilin yekunlarına dair əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılıb, şəhər prokurorluq orqanları əməkdaşlarından 6 nəfər intizam məsuliyyətinə cəlb olunub, onlardan 1 nəfərə töhmət, 3 nəfərə şiddətli töhmət verilib, 1 nəfərə irad tutulmuş, 1 nəfər tutduğu vəzifədən azad edilib.//APA

Paylaş
Xəbər lentİ