30 ilə yaxın zaman müddətində həll olunmayan qondarma "Dağlıq Qarabağ"
probleminin 44 gün ərzində həll olunması ilə 2020-ci ili tariximizə Qələbə ili kimi
yazıldı. 44 gün ərzində "Qarabağ Azəbaycandır və QƏLƏBƏ NİDA"-sını qoyan
və bununla da tariximizə ən parlaq səhifəsini yazmaqla bir daha sübut etdi ki, bu
qalibin məğlub üzərindəki - Ali Baş Komandanımız, Prezident cənab İlham
Əliyevin diplomatik və qətiyyətli siyasətinin, Güclü Ordumuzun, Rəşadətli əsgər
və zabitlərimizin qələbəsidir, bu, haqqın qələbəsidir. Bu «Dəmir Yumruğ»un
gücüdür. Bu, Azərbaycan xalqının qələbəsidir. Vətən Müharibəsinin 44-cü günün
son həftə sevincini də xalqına çatdıran Ali Baş Komandanımız, Azərbaycan
Prezidenti İlham Əliyev cənablarının "Biz öz Vətənimizə, doğma Qarabağımıza
qaydırıq!" xəbəri Azərbaycan xalqına verdiyi ən böyük müjdəsidir!
Qalib Azərbaycan Ordusunun qətiyyətli və müdrik sərkərdəsi otuz il görmək
istədiyimiz, amma görə bilmədiyimiz kənd və şəhərlərə Dövlət Bayrağımızı sanca-
sanca gedir. Bu, möcüzə yox, reallıqdır. Xankəndi azad edilməklə separatizmin
rüşeymi təmizləndi. Xankəndi Azərbaycan suverenliyinə daxil oldu. Bu gün yüz
ildə olmadığı qədər azaddır, heç vaxt olmadığı qədər bizimdir Xankəndi.
Bu reallığa vaxtilə biz inana bilməsək də, həm ulu öndər Heydər Əliyev, həm də
Prezident İlham Əliyev buna daim əmin idilər və xalqa da ümid verirdilər ki, biz öz
ərazi bütövlüyümüzü bərpa edəcək, məcburi köçkünlərimizin ata-baba yurdlarına
qayıtmasına nail olacağıq. Azərbaycanın bugünkü reallıqları məhz həmin
uzaqgörənlik və prinsipiallıqların nəticəsidir. Dövlət başçımız oktyabrın 15-də
işğaldan azad edilmiş Xankəndi şəhərində Azərbaycan Bayrağını qaldırarkən
xatırlatdı ki, mən ilk dəfə prezident seçilərkən xalqa söz vermişdim ki, Azərbaycan
dövlətinin milli maraqlarını müdafiə edəcək, ölkəmizin ərazi bütövlüyünü
qoruyacağam: “Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim.
Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün
vəzifələr icra edildi”. Mənim də yadımdadır. Cənab Prezident 2003-cü ildəki
seçkinin nəticələri elan ediləndən sonra xalqın qarşısına çıxmış, insanlarla səmimi
söhbət etmişdi. Demişdi ki, mənim əsas vəzifəm Azərbaycan Bayrağının o vaxt
işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə
qaldırılmasından ibarətdir. Dedi və əməl etdi.
Cənab Prezident ona görə dediklərini reallığa çevirə bilir ki, xalq ona inanır,
etimad göstərir və hər addımda dəstəkləyir. Bu gün Azərbaycanın bütün yaşayış
məntəqəllərində, dövlət müəssisələrində, xarici ölkələrdəki diplomatik
nümayəndəliklərimizdə, üzvü olduğumuz beynəlxalq təşkilatların önündə
Azərbaycan Bayrağı dalğalanır. Hətta, kosmosdakı rabitə peyklərimizin üzərində
də üçrəngli, ay-ulduzlu müqəddəs dəyərimizin şəkili var. Ancaq Xankəndidə
dalğalanan bayrağımızın bəxtəvərliyi özgə aləmdir. 2020-ci ilin Vətən
müharibəsində qazanılan qəti qələbənin son akkordu bu il Xankəndi ilə vuruldu.
Təsəvvür belə etmədiyimiz tarixi günləri yaşayırıq.
Prezident İlham Əliyev son 20 ili Azərbaycan tarixinə Zəfərə gedən yol və sonda
dünyaya səs salan Qələbəmiz nəticəsində torpaqlarımızın işğaldan xilası, ərazi
bütövlüyümüzün bərpası kimi yazdı. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən
müharibəsinin Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və
ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdığını vurğulayıb. Onun gərgin
əməyi, misilsiz xidməti, siyasi uzaqgörənliyi, üstün diplomatiyası sayəsində
Azərbaycan bütün sferalarda böyük uğurlara imza atdı, ərazi bütövlüyümüz bərpa
olundu. 20 illik fəaliyyəti ilə hər bir azərbaycanlının Zəfər və tərəqqi rəmzinə
çevrilən möhtərəm Prezident cənab İlham Əliyevin 15 oktyabr 2003-cü ildə ölkə
rəhbəri seçilməsi ilə başlanan möhtəşəm qələbə yolu tarixin ən qüdrətli, ən xoşbəxt
və ən qürurlu Azərbaycanını ərsəyə gətirib. Hazırda işğaldan azad edilmiş
ərazilərimiz yenidən qurulur, bərpa olunur və dirçəldilir. 2020-ci ilin 44 günlük
Vətən müharibəsində, 2023-cü ilin 19-20 sentyabr antiterror əməliyyatında
Azərbaycan dövləti işğaldakı torpaqlarını azad etdi, məhz İlham Əliyevin
sərkərdəliyi ilə Şuşa yenidən qurulur, Laçına, Füzuliyə, digər ərazilərə sakinlər
köçürülür. Artıq ərazi bütövlüyümüz, suverenliyimiz hər qarış torpağımızda
bərqərar olunub. Bu gün Qarabağımız, işğaldan azad edilmiş yurd yerlərimiz əsl
dirçəliş, intibah dövrünə qədəm qoyub, Böyük Qayıdış prosesi başlayıb.
7 fevralda keçiriləcək növbdənkənar Prezident seçkiləri onunla əklamətdardır ki,
30 il işğala məruz qalan ərazilərimizdə də vətəndaşlarımız ilk dəfə olaraq səs
verəcəklər. Bu seçkilər Azərbaycanın hər mənada inkişafına təkan verən seçkilər
kimi tarixdə qalacaq. Bu səsvermə İlham Əliyevə Azərbaycan seçicisinin növbəti
minnətdarlığı, təşəkkürü olacaq! Qalib ordunun Ali Baş Komandanına,
Prezidentinə Xankəndidəki, digəri Xocalıda, Ağdərədə seçki məntəqəsində səs
vermək həm də vətəndaş xoşbəxtliyi olacaq! Beləcə, tarixin növbəti səhifələri
yazılır. Dövlətimizə, millətimizə uğurlu olsun, inşallah! Qarşıda bizi daha
möhtəşəm uğurlar gözləyir. Ölkə Prezidenti İlham Əliyevin qarşıya qoyduğu
məqsədə uyğun olaraq keçmişlə deyil, gələcəklə yaşayırıq. O gələcək ki, onun
inkişaf strategiyasının müəllifi Prezident İlham Əliyevdir!
Bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə
inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Prezident
İlham Əliyev bu günə qədər dediyi hər məsələni uğurla həyata keçirib. Əminəm ki,
öz Qalib Prezidenti ilə hər zaman birlik və həmrəylik nümayiş etdirən Qalib
Azərbaycan xalqı, hər birimiz bu seçkilərdə də öz rəhbərinin yanında olacaq,
müdrik dövlət başçımızın xarici və daxili siyasətini, eləcə də bütün digər
təşəbbüslərini ən fəal şəkildə dəstəkləkləyəcəyik.
UNEC-in Mühəndislik və tətbiqi elmlər kafedrasının dosenti Azər Məmmədov
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70