Bu gün bütün sahələr üzrə əldə olunan uğurların əsasını ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü, düzgün istiqamətdə seçilmiş xarici dövlət strategiyası təşkil edir. Məhz ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət xətti ölkəmizin bütün istiqamətlərdə inkişafının və tərəqqisinin əsasınıtəşkil edir.
Ölkəmizin əldə etdiyi bütün uğurlar Prezident İlham Əliyev düşünülmüş, uzaqgörən daxili və xarici siyasətinin nəticəsidir. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyası bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqeləri xeyli möhkəmlənmiş, əlaqələri genişlənmişdir. Dövlət başçımızın dünya səviyyəsində həyata keçirdiyi balanslaşdırılmış xarici siyasəti Azərbaycanı inkişaf etmiş demokratik ölkələr sırasına çıxarıb. İndi Azərbaycan demokratik, müstəqil və azad bir ölkə kimi tanınır. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə əldə edilmiş diplomatik uğurlar nəticəsində ölkəmizlə əməkdaşlıq edən demokratik dövlətlərin sayı xeyli çoxalıb. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan diplomatiyasının ən zəruri vəzifələrindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərimizin toxunulmazlığı əsasında öz həllini tapması olmuşdur. Möhtərəm Prezidentimizin siyasi iradə nümayiş
etdirməsi və məntiqli xarici siyasəti nəticəsində ölkəmizin mövqeyi nüfuzlu beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən daha çox qəbul edilir. Dövlət başçısı İlham Əliyev öz fəaliyyəti ilə həm partiya Sədri, həm Prezident, həm də Ali Baş Komandan kimi hər bir vətəndaşımızın maraqlarını müdafiə etmiş, hər bir azərbaycanlının Prezidenti olduğunu dəfələrlə sübuta yetirmişdir. O, Ümummilli Lider Heydər Əliyevin müqəddəs ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasət həyata keçirir. Bunun nəticəsində Azərbaycan müstəqil dövlət olaraq daha da güclənir, dünya miqyasında söz sahibi olan dövlətə çevrilir.
30 il həsrətində olduğumuz torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun 44 günlük Vətən Müharibəsində Zəfər çalaraq, erməni işğalından azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Bir məsələni də unutmaq olmaz ki, keçən dövr elə də asan olmayıb. Azərbaycanı hər zaman daxildən parçalamaq, onu inkişafdan geri salmaq, ən əsası isə Qarabağın işğalı ilə barışmağa məcbur etmək kimi çətinliklərə və təhlükələrə baxmayaraq, Prezident İlham Əliyev bütün bu problemləri həll etməyi bacardı. Bu isə böyük siyasi məharət, iradə, qətiyyət tələb edirdi. Azərbaycan bu illər ərzində özünü müstəqil dövlət kimi təsdiq edə bildi. Və ildən-ilə biz ölkə başçısının həm daxili, həm də xarici siyasətində əldə etdiyi nailiyyətləri görürük. Bunu həm də dünya görür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Biz qayıdırıq, Azərbaycan qayıdır! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir”. “Qarabağ Azərbaycandır və nida!” ifadəsi artıq bizim qələbəmizin rəmzinə çevrildi. 30 il gözlədiyimiz Qarabağımızın QƏLƏBƏ NİDASI! Xalqımızın 30 illik həsrətinə Şanlı, Güclü Ordumuzun apardığı 44 günlük müharibə son qoydu. Azərbaycan və Rusiya prezidentləri, eyni zamanda Ermənistanın baş nazirinin imzaladığı müqavilə Böyük Qələbəmizin NİDASI oldu və Azərbaycan meydanda və masada Qələbə tarixini yazdı. İşğalçı Ermənistan Qarabağda təslim oldu.
Bəli, bu gün işğaldan azad edilən torpaqlarımız, məhz rəşadətli Ordumuzun və müzəffər Ali Baş Komandanımızın döyüşkənliyi, əzmi, qətiyyəti sayəsində mümkün oldu. Torpağımızın hər qarışı uğrunda canlarını fəda edən əziz şəhidlərimizin ruhları şad olsun. Onların ruhları qarşısında baş əyirik! Bu gün işğaldan azad olunan torpqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Artıq bu gün Qarabağımız Azərbaycandır! Bəli, bu sevinc, bu qələbə güclü ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu, proqmativ siyasətinin nəticəsində əldə olundu. Çünki güclü Ordu ilə güclü Dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi, elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik hərbi strategiyası əsasında Vətən müharibəsində qazanılan şanlı Zəfər Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biri olmaqla yanaşı, dünya hərb salnaməsinə də dərin iz qoydu. Bu hərbi nailiyyət Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi, bölgənin inkişafı üçün həlledici amilə çevrildi, həmçinin yeni və daha effektiv
hərbi, siyasi, iqtisadi və ticarət konfiqurasiyasının formalaşmasına, yeni nəqliyyat kommunikasiyalarının açılmasına, region ölkələri və xalqları arasında sağlam əməkdaşlıq mühitinin yaranmasına, inkişafına istiqamət verdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev "dəmir yumruq"la 44 günə düşməndən azad etdiyi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını indi dəmir iradə ilə yenidən qurur.
Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında süquta uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Azərbaycan öz miqyası etibarilə böyük dövlət olmasa da, lakin sözün əsl mənasında çəkisi böyük olan ölkədir. Çünki Prezidenti və xalqı arasındakı birliyi böyükdür. Bunu 44 günlük Vətən müharibəsində tam gerçəkliyi ilə təkcə biz yox, bütün dünya şahid oldu. Xalqın etimadını qazanmaqla tam mənada tarixi şəxsiyyətə çevrilən Prezident İlham Əliyevin yürütdüyü siyasət, müasir Azərbaycanın güclənməsinə, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsinə və nüfuzunun artmasına xidmət edir. Dövlət başçısımızın məqsədyönlü siyasi-diplomatik fəaliyyəti, Azərbaycanın siyasi-iqtisadi müstəqilliyinin daha da möhkəmlənməsi istiqamətində həyata keçirdiyi mühüm tədbirlər, qəbul etdiyi strateji proqramlar Azərbaycan xalqının xoşbəxt, firavan sabahına və müstəqilliyimizin əbədiliyinə yol açmışdır. Öz əməlləri ilə xalqının və dövlətinin sonsuz sevgisini qazanmış lider xoşbəxtdir. Məsələyə bu xüsusda yanaşdıqda böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev xoşbəxt dövlət rəhbəridir. Ona görə ki, o, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diqtəsi ilə deyil, məhz lideri olduğu multikultural dəyərləri özündə birləşdirən Azərbaycan
dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öztəsdiqini tapdı.
Prezident cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsini inkişaf etdirərək yeni, modern Azərbaycan dövləti qurdu. Dövlət başçısı cənab İlham Əliyevin bütün çıxışlarının mahiyyətində dayanan “Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Biz öz taleyimizin sahibiyik, biz müstəqil ölkəyik, biz azad xalqıq, biz dünya miqyasında öz layiqli yerimizi tutmuşuq və bundan sonra da müstəqillik, inkişaf yolu ilə gedəcəyik” tezisi dünənimizə və gələcəyə baxışdır.
20 il ərzində Azərbaycanın nə qədər möhtəşəm inkişaf mərhələsi yaşadığının canlı şahidi oluruq. Azərbaycanın yeni və parlaq inkişaf mərhələsi, Prezident cənab İlham Əliyevin isə onun memarı adlandırılması üçün bütün əsasların olduğunu indi hamı birmənalı şəkildə etiraf edir. İkinci Qarabağ müharibəsindən sonra regionda və dünyada nüfuzu artan Azərbaycan güclü dövlət kimi inkişafının yeni mərhələsinə qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlər doğma evlərinə qayıdırlar. Böyük tikinti meydanına çevrilən azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri gələn il də sürətlə aparılacaq. Belə ki, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması üzrə
tədbirlərin maliyyələşdirilməsi prioritet olaraq qəbul edilib.
2024-cü il 7 fevral növbədənkənar seçkilər ona görə əlamətdar olacaq ki, son 28 ildə səsvermə prosesi Azərbayacnın bütün ərazilərində keçiriləcək. İndi bütün şəhərlərimiz, rayonlarımız, qəsəbələrimiz, kəndlərimiz liderimizi seçəcək və bütünləşmiş Azərbaycanın gələcəyinə səs verəcək.
Bu, böyük Zəfərdir və bu qələbənin memarı tarixə qalibiyyət möhürü vuran cənab İlham Əliyevdir. Hər birimiz İlham Əliyevi dəstkləyir, onun ətrafında sıx birləşirik. Bütün cəbhələrdə, istər döyüş meydanlarında, istərsə də diplomatik masalarda Azərbaycanı qalib edən Müzəffər Ali Baş Komandan, 7 fevral növbədənkənar Prezident seçkisində növbəti qələbəsini qazandıqdan sonra da
ölkəmizi inkişaf və Zəfər yolu ilə irəliyə aparacaq.
UNEC "Mühəndislik və tətbiqi elmlər"kafedrasının müdiri professor Rövnəq Rzayev
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70