Azərbaycan Ordusunun əsgəri Ruslan Pənahov Vətənə qaytarılıb.
Arasdırma.info bildirir ki, Ruslan Pənahovu ölkəyə gətirən təyyarə Heydər Əliyev Hava Limanına eniş edib.
Xatırladaq ki, fevralın 28-də səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.
Ermənistan İstintaq Komitəsi onun barəsində Cinayət Məcəlləsinin "sərhədi qanunsuz keçmək", "silah gəzdirmək" və s. maddələri ilə cinayət işi açmışdı. Ermənistan Milli Təhlükəsizlik Xidməti martın 4-də məlumat yayaraq bildirib ki, əsgərin Azərbaycana təhvil verilməsi ilə bağlı qərar qəbul edilib.//metbuat
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70