“Azəriqaz”ın sabiq rəhbərinə yeni vəzifə verildi

Oxunma sayı: 32
2-04-2024, 20:41

“Azəriqaz”ın sabiq rəhbərinə yeni vəzifə verildi
“Azəriqaz” İstehsalat Birliyinin sabiq baş direktoru Ruslan Əliyevə “Azərenerji” ASC-də yeni vəzifə verilib.

Arasdırma.info xəbər verir ki,“Unikal”ın məlumatına görə, bununla bağlı “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev əmr imzalayıb.

Əmrə əsasən, Ruslan Əliyev “Azərenerji” ASC-nin departament direktoru təyin edilib.

Xatırladaq ki, Ruslan Əliyev ötən ay “Azəriqaz”ın baş direktoru vəzifəsindən azad edilmişdi.

Paylaş
Xəbər lentİ