Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin "Dəftərxana ləvazimatlarının satın alınması" ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.
Arasdırma.info xəbər verir ki, müsabiqənin qalibi "NUR-E.A." Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Tərəflər arasında 36.628,38AZN-lik müqavilə bağlanacağı gözlənilir.
Tenderə əsasən AQTA A4, A3 kağızları, skoç, fayl və tikən və.s ilə təmin edilməlidir.
Məlumat üçün bildirək ki, “NUR-E.A.” MMC 9 yanvar 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 min manat olan MMC Bakı şəhəri, Nizami rayonu, Mirzə Xəlil Şərifli küçəsi, ev 25, m. 221 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Abbasov Etibar Bahadur oğludur.
Xatırladaq ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlidir. //32gun
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70