İşdən çıxarılan rəis Ədliyyə Nazirliyini məhkəməyə verdi

Oxunma sayı: 85
19-05-2024, 00:22

İşdən çıxarılan rəis Ədliyyə  Nazirliyini məhkəməyə verdi
Ədliyyə Nazirliyi və qurumun Baş İcra İdarəsi məhkəməyə verilib.

Arasdırma.info xəbər verir ki, iddiaçı Rasim Əkbər oğlu Bayramovdur.

Onun iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir.

Əldə edilən məlumata görə, Rasim Bayramov penitensiar sistemdə çalışıb. O, 7 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsini icra edib.

Ötən il Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovun təqdimatı, həmin vaxt ədliyyə naziri vəzifəsində işləyən Fikrət Məmmədovun əmri ilə işdən çıxarılıb. Onun işdən çıxarılması fəaliyyətində yol verdiyi nöqsanlarla bağlı olub.

Şənbə günü olduğundan məsələ ilə bağlı Ədliyyə Nazirliyi ilə əlaqə saxlamaq mümkün olmayıb.

Paylaş
Xəbər lentİ