PA-da yüksək vəzifəyə təyin olunan şəxs kimdir?

Oxunma sayı: 47
22-05-2024, 22:36

PA-da yüksək vəzifəyə təyin olunan şəxs kimdir?
Fərid Mirmufid oğlu Seyidov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib.

Arasdırma.info xəbər verir ki,"Unikal"ın məlumatına görə, o, Hərbi Prokurorluqda bir sıra vəzifələrdə çalışıb.

Belə ki, Fərid Seyidov Gəncə Hərbi Prokurorluğunda müstəntiq və böyük müstəntiq, Respublika Hərbi Prokurorluğunda Ağır Cinayətlərə dair istintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi olub. Bir müddət isə Qarabağ hərbi prokuroru vəzifəsini icra edib.

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Fərid Seyidov əslən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundandır.

Paylaş
Xəbər lentİ