Ali Məhkəmənin hakimi Abiddin Hüseynov Ədliyyə naziri Fərid Əhmədova müavin təyin edilib.
A.Hüseynovun dosyesini təqdim edirik:
A.Hüseynov 1977-ci ildə anadan olub.
47 yaşlı nazir müavini 1997-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda bakalavr, 1999-cu ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda magistratura pilləsini, 2003-cü ildə Rusiya Hüquq Akademiyasının Hüquq fakültəsini bitirib.
2000 – 2003-cü illərdə Konstitusiya Məhkəməsinin Beynəlxalq hüquqi məsələlər şöbəsində aparıcı mütəxəssis, 2003 – 2004-cü illərdə Konstitusiya Məhkəməsinin Beynəlxalq hüquqi məsələlər şöbəsində məsləhətçi, 2004 – 2008-ci illərdə Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin köməkçisi, 2008 – 2010-cu illərdə Konstitusiya Məhkəməsinin Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdir müavini, 2010 – 2013-cü illərdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakim, 2013 – 2020-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi, 2020-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 2023-cü ildə Azərbaycan Hakimlər İttifaqının İdarə Heyətinin üzvü vəzifələrində çalışıb.
O, ötən il Azərbaycan Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.//bakupost
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70