Hökməlidə qanunsuz tikililərə himayədarlıq edən kimdir ?

Oxunma sayı: 81
13-06-2024, 08:32

Hökməlidə qanunsuz tikililərə  himayədarlıq edən kimdir ?
Bildiyiniz kimi Hökməli qəsəbəsində aparılan araşdırmalar zamanı məlum olub ki,xeyli sayda qanunsuz evlər tikilib vətikintisi davam etməkdədir. Təsadüfi deyil ki, bir neçə yerdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində qanunsuz olaraq tikinti işlərinin aparılması faktını aşkar edib və tikintini dayandırıb.
Arasdırma.info xəbər verir ki., məlumata görə Hökməliudə bu işə bir sıra ev dəllalları baxır. Yerli icra nümayəndəsi Mirəziz Miradıyevlə sövdələşərək torpaq sahələrini alır, 2 və 3 otaqlı evlər tikərək satışa çıxarırlar. Mənbənin dediyinə görə bəzi evlərə Nümayəndənin şərikliyi də var.Burada fərdi yaşayış evlərinin satış qiymətləri 35--65 min AZN arasında dəyişir..Məlumatın dəqiqliyini yoxlamaq üçün bununla bağlı İcra Hakimiyyəti Başçısının nümayəndəsi Miradiyev Mirəziz müəllimlə ( 012)346-86-61 ) əlaqə saxladıq , Lakin suallarımıza cavab almaq mümkün olmadı. Abşeron rayon İcra Hakimiyyətinə müraiət ünvanlamışıq və nəticə barədə yaxında məlumat veriləcək.
Araşdırmamız davam edir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Paylaş
Xəbər lentİ