"TuranBank"ın İdarə Heyətinə yeni sədr təyin edilib.
İdarə Heyətinin sədr müavini Orxan Qarayev bankın İH-nin yeni sədri təyin edilib.
Bundan əlavə "TuranBank"ın İdarə Heyətinə 3 yeni üzv təyin olunub. Bunlar Bəxtiyar Məmmədov, Çingiz Ağayev və Emil Mürsəlovdur.
Xatırladaq ki, "TuranBank" 1992-ci ildən fəaliyyət göstərir. Bank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70