Natiq Cəfərli REAL partiyasına sədr GƏTİRİLİR? - Kritik QƏRAR

Oxunma sayı: 34
12-09-2024, 16:50

Natiq Cəfərli REAL partiyasına sədr GƏTİRİLİR? - Kritik QƏRAR
Xəbər verdiyimiz kimi, İlqar Məmmədov REAL Partiyasının sədri vəzifəsindən istefa verib. O, bu barədə sosial şəbəkədə bildirib.

Hazırda REAL Partiyasının sədri vəzifəsinin kimə veriləcəyi müzakirə mövzusudur.

Hazırda REAL Partiyasının sədri vəzifəsinin kimə veriləcəyi geniş müzakirələrə səbəb olub. Partiyanın daxilində və siyasi dairələrdə bu mövzu ciddi diqqət mərkəzindədir. Partiya sədri vəzifəsinə kimlərin namizəd olacağı və son nəticədə bu vəzifənin kimə həvalə ediləcəyi siyasi proseslərin gedişində vacib əhəmiyyət kəsb edir. Çoxları bu vəzifəyə həmin partiyanın üzvü olan Natiq Cəfərlinin gitiriləcəyini düşünür.

Maraqlıdır, partiyanın yeni sədri Natiq Cəfərli olacaq?

Bu barədə News24.az-a partiyanın üzvü Natiq Cəfərli açıqlama verib.

O bildirib ki, İlqar Məmmədov seçkilərdən 6 ay öncə demişdi ki, seçkilərdə ciddi nəticə əldə olunmasa sədr vəzifəsindən istefa verəcək:

"Hərçənd ki, mən şəxsən buna qarşı idim. Çünki Azərbaycan reallığında bura Britaniya deyil, nə də Avropa ölkələri deyil ki, seçkini uduzan partiyanın sədri istefa versin. Yəni, burada seçki normal birincisi institusional olaraq keçirilməlidir ki, ondan sonra da sədrin istefa verib-verməməsi məsələsi müzakirəyə açıq olsun. Ona görə də, mən şəxsən bu qərarın əleyhinə idim. Amma İlqar Məmmədov özü çoxdan bu qərarı vermişdi və indi də bunu elan etdi".

"Siyasi komitə sabah toplanacaq və sabahkı toplantıda siyasi komitənin yeni sədrinin seçilməsi müzakirə olunacaq. Çox güman ki, bundan sonra ətraflı açıqlamamız da olacaq", - deyə N. Cəfərli bildirib.

Paylaş
Xəbər lentİ