MM öz istəyi ilə işdən çıxan ədliyyə işçisinə birdəfəlik müavinət verilməsini ilk oxunuşda təsdiqləyib Milli Məclis

Oxunma sayı: 30
23-10-2024, 22:16

MM öz istəyi ilə işdən çıxan ədliyyə işçisinə birdəfəlik müavinət verilməsini ilk oxunuşda təsdiqləyib Milli Məclis
Öz istəyi ilə işdən çıxan ədliyyə işçisinə birdəfəlik müavinət veriləcək.

Arasdırma.info xəbər verir ki, bununla bağlı “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna təklif olunan dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, layihəyə əsasən, öz istəyi ilə işdən çıxma barədə yazılı ərizə verdiyinə görə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmiş ədliyyə orqanı işçisinə vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət veriləcək.

Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.//report

Paylaş
Xəbər lentİ