Naxçıvan Ali Məclisinin deputatlarının nəqliyyatdan ödənişsiz istifadə etmək hüququ məhdudlaşdırılır.
Arasdırma.info xəbər verir ki,modern.az-ın əldə etdiyi məlumata görə, bu barədə müvafiq qanunlara dəyişiklik ediləcək.
Ən popluyar məhsullara 60% endirim olundu QAÇIRMAYIN!
Mövcud qanunvericiliyə görə, Deputat Naxçıvan Muxtar Respublikasının ərazisində dövlət mülkiyyətində olan dəmiryolu, hava, avtomobil, şəhər nəqliyyatının bütün növlərində (taksidən başqa) pulsuz gediş-gəliş hüququndan, habelə gediş-gəliş sənədlərinin növbədənkənar əldə etmək hüququndan istifadə edir.
Dəyişikliyə əsasən Naxçıvan deputatları sadəcə dövlət mülkiyyətində olan dəmir yolu, hava, avtomobil nəqliyyatında gediş-gəliş sənədlərini növbədənkənar əldə etmək hüququndan istifadə edə biləcək.
Müvafiq dəyişikliyini tezliklə qüvvəyə minəcəyi gözlənilir.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70