Çoxsaylı tədbirlərin ən mötəbər ünvanına çevrilən respublikamız bunların hamısına layiqincə ev sahibliyi edib. Bu il isə Azərbaycan 11-23 noyabr tarixlərində ən böyük beynəlxalq tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi etdi.
COP 29 bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir oldu. 2 həftəyə yaxın müddətdə dünya məhz Bakıda iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə yollarını müzakirə etdi, onların aradan qaldırılması, xüsusilə də bu istiqamətdə inkişaf etməkdə, olan ölkələrə maliyyə yardımı ilə bağlı mövqelərini ortaya qoydu. COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən böyük beynəlxalq tədbirdir və regionda ilk dəfə məhz bizim ölkədə baş tutur. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının, Kioto Protokolunun tərəflər görüşünün 19-cu sessiyasının və Paris Sazişinin tərəflər görüşünün 6-cı sessiyasının 2024-cü ildə Bakı şəhərində keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 13 yanvar 2024-cü ildə Təşkilat Komitəsi yaradılması haqqında sərəncam imzalanmışdır. COP 29 konfransı zamanı, Azərbaycan öz zəngin mədəni irsini və təbii gözəlliklərini nümayiş etdirməklə yanaşı, ekoloji dayanıqlıq və yaşıl texnologiyaların inkişafı istiqamətində öz səylərini də dünya ictimaiyyətinə təqdim etdi. Ölkəmizin bu möhtəbər tədbirə COP29-a ev sahibliyi etməsi ölkəmizin ekoloji müstəvidə yürütdüyü effektiv siyasət, bu sahədə əldə etdiyi böyük uğurudur. Məhz bu uğurlar Azərbaycanın belə bir konfrans üçün ən uyğun yer olduğunu göstərir. COP29-un Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasətin nəticəsi və respublikamızın dünyadakı yüksək nüfuzunun göstəricisidir. Prezident İlham Əliyev noyabrın 11-də COP29-un açılış mərasimində qeyd etdi ki, bu tədbirin Azərbaycanda keçirilməsi respublikamıza olan ehtiramın və hörmətin əlamətidir:
“Ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29- a ev sahibliyi etmək şərəfi verildi. Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük”. Bakı möhtəşəm COP tədbiri ilə tarixə düşdü. 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq. Bu tədbir millətimizi və ölkəmizi dünyaya daha yaxşı tanıtdı.
2024-cü ildə Bakıda keçirilən COP29 konfransı Azərbaycanın iqlim siyasətinin və qlobal səylərinin təqdim edilməsi baxımından çox mühüm tədbir oldu. Konfransda Azərbaycan Prezidenti İlham Əliyev iqlim dəyişikliyinin qlobal miqyasda artan təhdidlərinə qarşı ölkənin apardığı mübarizəni təqdim etdi və bu sahədə beynəlxalq əməkdaşlığı daha da gücləndirmək üçün çağırışlar etdi. Bu çağırışlar Azərbaycanın dünya miqyasında iqlim dəyişikliyi məsələlərinə verdiyi önəmin bir göstəricisidir.Konfransda Azərbaycanın daha bir əsas mesajı iqlim dəyişikliyi ilə mübarizənin yalnız dövlətlərarası deyil, həm də hər bir fərdin məsuliyyəti olması ilə bağlıdır.Bu, birgə fəaliyyət, həmrəylik və qlobal bərabərlik tələb edən bir çağırışdır. İqlim dəyişikliyi ilə mübarizə yalnız iqlim və ekologiya məsələsi deyil, həm də sosialədalət və insan hüquqları məsələsidir. Bu səbəbdən, COP29-da verilən çağırışlardan biri də “Yaşıl dünya naminə həmrəy olaq” mesajı idi. COP29-un Azərbaycan üçün müxtəlif sahələrdə faydaları oldu. COP29 Azərbaycanın istixana qazı emissiyalarını azaltmaq üzrə öhdəliklərini yerinə yetirməsinə kömək etdi. Bu isə ölkənin ekoloji vəziyyətini yaxşılaşdırdı, havanın keyfiyyətini artırdı. Nəticədə iqlim dəyişikliyinin təsirlərini azaltmağa kömək etdi. Azərbaycan istixana qazı emissiyalarını 2050-ci ilə qədər 40% azaltmağı məqsəd qoyub. Bu da Paris Sazişinə uyğun olaraq qlobal iqlim məqsədlərinə töhfə verdi. Bu konfrans nəticəsində turizm sektoru canlandı. Keçirilən tədbirlər yeni investisiyaların və texnologiyaların cəlb olunmasına şərait yaratdı, yaşıl enerjinin inkişafını təşviq etdi. Ölkənin beynəlxalq əlaqələri, diplomatiyadakı mövqeyi daha da möhkəmləndi. COP 29-un ölkəmizdə keçirilməsinə dair qərar həm yerli, həm də xarici müşahidəçilər tərəfindən mühüm bir hadisə kimi qiymətləndirilir. Bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi qərarı Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyini göstərir. Bunun həm siyasi, həm də iqtisadi əhəmiyyəti vardır. Bu tədbirin ölkəmizdə keçirilməsinin mühüm tərəflərindən biri də odur ki, dünyanın hər yerindən gələn 70-80 min qonaq işğaldan azad edilmiş rayonlarımıza səfər etdi, bu ərazilərimizlə yaxından tanış oldular. Bu həm də gələcək illərdə turizmin inkişafına da güclü təkan verəcəkdir.
COP29 işğaldan azad edilən ərazilərdəki ekoloji problemlər üçün də vacibdir. İşğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri həyata keçirilir və bu işlər həm də Azərbaycanın öhdəliklərinə uyğun şəkildə aparılır. COP29 Konfransının növbəti toplantısının Azərbaycanda keçirilməsi son dərəcədə əhəmiyyətlidir. Xeyli dövlətin lideri, nümayəndəsi, təşkilat təmsilçiləri bu toplantılara iqlim dəyişikliyi ilə bağlı qatıldı və fikir mübadiləsi apardılar. COP29 konfransı ölkəmizdə həftələrlə, günlərlə davam etdi və beləliklə də beynəlxalq aləmdə Azərbaycanın adı hallandı. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra belə bir nüfuzlu tədbirin ölkəmizdə keçirilməsinin böyük əhəmiyyəti var.
Dövlət başçısının müvafiq Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib, işğaldan azad edilmiş Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan bölgələri “yaşıl enerji” zonaları elan edilib. Dünyanın ən aktual problemlərinin müzakirə olunduğu mühüm beynəlxalq platforma olan COP29 ölkənin siyasi həyatında böyük hadisədir. Azərbaycanda uğurla həyata keçirilən
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı – COP29 çərçivəsində ölkəmizə saysız-hesabsız turistlər axın etdi. Tolerantlığın ünvanı olan Azərbaycan müxtəlif xalqların nümayəndəsi olan turistlərin rahat və təhlükəsiz istirahətini
təmin etdi. “Yaşıl dünya naminə həmrəy olaq” çağırışı iqlim dəyişikliyi ilə mübarizədə qlobal həmrəyliyin vacibliyini bir daha ortaya qoydu. Bu çağırış yalnız iqlim dəyişikliyi məsələsi ilə bağlı deyil, həm də bu problemin həllində hər kəsin, o cümlədən dövlətlərin, şirkətlərin, vətəndaş cəmiyyətinin və fərdlərin rolunun vacibliyini nümayiş etdirir. Yaşıl gələcək qurmaq yalnız ekologiyanı qorumaq deyil, həm də
insanların daha ədalətli və bərabərhüquqlu bir cəmiyyətdə yaşaması deməkdir. Azərbaycan bu çağırışı qəbul edərək, iqlim dəyişikliyinə qarşı mübarizə istiqamətində beynəlxalq həmrəyliyi gücləndirmək və bütün ölkələrlə əməkdaşlıq etmək üçün əzmkar addımlar atır. Bu həmrəylik gələcək nəsillər üçün sağlam və dayanıqlı bir planetin təməlini atacaq və eyni zamanda, insan hüquqlarını qorumağa kömək edəcəkdir.
Ümumilikdə COP29 Azərbaycana dünya miqyasında yüksək hörmət qazandırmaqla yanaşı, ölkəmizin iqlim siyasətindəki fəallığını və beynəlxalq
arenada güclü mövqeyini bir daha göstərib. Bu tədbir iqlim dəyişikliyi ilə mübarizəyə dair dünya liderlərinin bir araya gəlməsi üçün vacib bir platforma olmaqla yanaşı, həm də Azərbaycanın dünya miqyasında artan nüfuzunun təntənəsidir. Xalqın dövlətimizin başçısına tam etimad göstərməsi, onun nəyi, necə və nə zaman etməsi ilə bağlı müdrikliyinə inanması bu tədbirin ümummilli uğura çevrilməsinə zəmin yaratdı. Prezident İlham Əliyevin COP29-da etdiyi çıxış ölkə həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət daşıdı. İlham Əliyev çıxışında Ermənistanın işğalçılıq siyasətini və onun ağır fəsadlarını bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı, bu işğalın yalnız Azərbaycan üçün deyil, regional sabitlik üçün də yaratdığı təhlükələri ön plana çəkdi. Bu, Azərbaycanın ədalətli mövqeyinin dünya səviyyəsində daha geniş anlaşılmasına və dəstək qazanmasına mühüm töhfə verdi. COP29 Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi növbəti qələbə, növbəti uğuru oldu. Azərbaycan dünya miqyasında öz sözünü bir daha dedi, etibarını bir daha təsdiqlədi, qlobal tendensiyalara növbəti töhfəsini verdi. Azərbaycanın təşkilatçılığı ilə COP29-un uğurlu baş tutması və yekunda önəmli nəticələrin əldə olunması dövlətimizin qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdi.
COP29-a ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi
qiymətləndirmək olar. Noyabrın 11-də başlayan COP29 ən yüksək səviyyədə keçirildi. Tədbirə gələn bütün qonaqlar nümunəvi təşkilatçılığa şahidlik etdilər. Ölkəmizə 200-ə yaxın ölkədən təşrif buyuran xarici qonaqlar həm təşkilatçılığın olduqca yüksək səviyyədə olduğunu, həm onların mehribanlıqla qarşılandıqlarını, xalqımızın qonaqpərvərliyini xüsusi qeyd etdilər. Onlar həm də Bakının gözəlliyinə heyran olduqlarını bildirdilər. Beləliklə, COP29-un timsalında Azərbaycanın nümunəvi təşkilatçılığı və Bakının beynəlxalq tədbirlərin ən ideal ünvanlarından biri olduğubir daha öz təsdiqini tapdı.
Nabat Rəfiyeva, ADPU- nin Məktəbəqədər Təhsil fakultəsinin psixoloq müəllimi
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70