Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin keçirdiyi tender müsabiqəsinə yekun vurulub.
Arasdırma.info xəbər verir ki, tender hərbi təyinatlı avtomobillər üçün yüksək keçid qabiliyyətli avtoşinlərin satınalınması ilə bağlıdır. Tenderin qalibi “TS Motors” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tərəflər arasında imzalanacaq satınalma müqaviləsinin dəyəri 357 min 162 manatdır. DSX şirkətdən 390 ədəd təkər alır ki, bunun da bir ədədinin orta qiyməti 915,8 manatdır. //valyuta.az
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70