Həmyerlilərimiz Kiyevdən Azərbaycana gətirildi

Oxunma sayı: 402
10-07-2020, 04:02

Həmyerlilərimiz Kiyevdən Azərbaycana gətirildi
İyulun 9-da Ukraynadan 189 həmyerlimiz Azərbaycanın milli aviadaşıyıcısının (AZAL) çarter reysi ilə vətənə yola salınıb.

Arasdırma.info xəbər verir ki, reysdən əvvəl 48 saat ərzində COVİD-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb.

Qeyd edilən reyslə vətənə yola salınan bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalacaqlar.

AZAL-ın çarter reysi Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilib.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün Azərbaycan və Ukrayna arasında hava uçuşları dayandırılıb.//Axar.az

Paylaş
Xəbər lentİ