Səfər Mehdiyevin baldızı oğlunun işi araşdırılır... - İDDİA

Oxunma sayı: 524
25-08-2020, 23:45

Səfər Mehdiyevin baldızı oğlunun işi araşdırılır... - İDDİA

"Son günlər gömrük sistemində müşahidə olunan gərginliyə Nazirlər Kabinetinin məhz DGK-nın sifarişi ilə gətirdiyi yeniliklər də əlavə çalar qatmış oldu. Əslində bütün bunlar bu gün Azərbaycan gömrüyünə heç də bu dövlətin maraqlarını düşünənlərin yox, öz cılız maraqları naminə qanunları belə sabotaj etməyə hazır olanların rəhbərlik etməsindən xəbər verir". GundemXeber.Az bildirir ki,, bu barədə DİA.AZ-a göndərilən məqalədə qeyd olunur.

Daha sonra məqaqlə müəllifi yazır: ""Gömrükdə inhisar yoxdur" deyərək bar-bar bağıran Səfər Mehdiyevin bütün ətrafı - yaxınları, qohumları bu gün Azərbaycan dövlətinin strateji qurumlarından biri olan Dövlət Gömrük Komitəsini dədə malı kimi istismar etməkdədirlər. Bunu sübutlayan yetərincə faktlar var və onlardan biri elə bu günlərdə dia.az saytında Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük Idarəsinin şöbə rəisi Rəfail Niftəliyevlə bağlı açıqlanan faktlardır:

Əslində bu faktlar artıq gərəkən qurumların diqqətini çəkib".

Səfər Mehdiyevin baldızı oğlunun işi araşdırılır... - İDDİA

Mənbə dia.az-a bildirir ki, artıq Rəfail Niftəliyevin fəaliyyəti müvafiq dövlət qurumları tərəfindən araşdırılır: "Onun həbsi qaçılmazdır və bunun baş verəcəyi təqdirdə DGK-da Səfər Mehdiyevin qurduğu talançı şəbəkə corab ipi kimi söküləcək".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Səfər Mehdiyevin baldızı oğlunun işi araşdırılır... - İDDİA

Paylaş
Xəbər lentİ