Mir Şahin Mehdiyev və Həsənov haqda - "Əmlakları müsadirə edilsin!"

Oxunma sayı: 585
6-09-2020, 20:08

Mir Şahin Mehdiyev və Həsənov haqda - "Əmlakları müsadirə edilsin!"
Mən işdən çıxarılmış Ramiz Mehdiyev və Əli Həsənovu qarğış yağmuruna tutan, tüpürcək duşu qəbul etdirənlərə qoşulmuram. Heç kimə ölüm arzulamıram. Əksinə, onlara yaşamaq arzulayıram. Qoy yaşasınlar və cavab versinlər. Bütün suallara!

Bu iki nəfərin danışmasını şəxsən mən çox arzulayıram. Ona görə ki, Mehdiyev də, Həsənov da bir qayda olaraq dövlətin adından danışıblar. Dövlətin adından əmrlər veriblər. Bu əmrləri yerinə yetirməyəndə də cəzalandırmaqla təhdid ediblər. Cəzalandırıblar! Açıblar! Bağlayıblar!

Mən hansı əmrin qanuni, hansının qanunsuz olması barədə diskussiya açmaq fikrində deyiləm. Bunu yəqin ki, səlahiyyətli qurumlar edəcəklər. Amma iddiaların onca faizi sübuta yetirələrsə, onlar əmlakları müsadirə edilməklə, ən ağır cəza almalıdırlar. Dövlətin imicini zərbə altına atdıqlarına görə!

Məmur vətəndaşa dövlətin görünən simasıdır. Ona görə də kiçik məmurun belə azacıq ehtiyatsız ifadəsi sosial şəbəkələrdə zəlzələyə çevrilir.//teleqraf

Paylaş
Xəbər lentİ