Hərbi vəziyyətin tətbiq edildiyi rayonlar açıqlandı

Oxunma sayı: 284
27-09-2020, 15:39

Hərbi vəziyyətin tətbiq edildiyi rayonlar açıqlandı
28 sentyabr 00:00-dan etibarən Azərbaycan ərazisində hərbi vəziyyət elan edilib.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilib.

Komendant saatının tətbiq edildiyi ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilib.

Paylaş
Xəbər lentİ