İlham Əliyev ilə Aleksandr Lukaşenkonun qeyri-rəsmi görüşü olub - YENİLƏNİB + FOTO

Oxunma sayı: 25
13-04-2021, 20:50

İlham Əliyev ilə Aleksandr Lukaşenkonun qeyri-rəsmi görüşü olub - YENİLƏNİB + FOTO
Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ölkəmizdə işgüzar səfərdə olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında qeyri-rəsmi görüş keçirilib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycana səfərə gəlib.

“BelTa”nın verdiyi xəbərə görə, Belarus dövlət başçısının təyyarəsi artıq Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı hava limanında prezident Lukaşenkonu Azərbaycan və Belarus rəsmilərindən ibarət nümayəndə heyəti qarşılayıb.

Qarşılanma mərasimindən sonra dövlət başçısı onun üçün ayrılmış avtomobilə əyləşərək, Prezident İlham Əliyevlə görüşə yollanıb.

Qeyd edək ki, Belarus prezidentinin səfəri iki gün çəkəcək. //azertac
İlham Əliyev ilə Aleksandr Lukaşenkonun qeyri-rəsmi görüşü olub - YENİLƏNİB + FOTO
İlham Əliyev ilə Aleksandr Lukaşenkonun qeyri-rəsmi görüşü olub - YENİLƏNİB + FOTO

Paylaş
Xəbər lentİ