Prezidentin “niyə də biz İrəvana qayıtmayaq” mesajı: Bəs biz İrəvana necə qayıdacağıq? – Tarixi fürsət...

Oxunma sayı: 316
13-04-2021, 23:29

Prezidentin “niyə də biz İrəvana qayıtmayaq” mesajı: Bəs biz İrəvana necə qayıdacağıq? – Tarixi fürsət...
“Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə, niyə də biz İrəvana qayıtmayaq? Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm”.

Prezident, Ali baş Komandan İlham Əliyevin ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda səsləndirdiyi bu fikirlər əməlli-başlı gündəm yaratdı. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, delimitasiya və demarkasiya prosesi nəticəsində tarixi Azərbaycan torpağı olan Zəngəzurun bəzi hissəsinin Azərbaycana təhvil verilməsi, üstəlik ölkə başçısının “niyə də biz İrəvana qayıtmayaq”? fikirlərini səsləndirməsi, bu arzunun da zamanla gerçəkləşəcəyindən xəbər verir.


Beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli KONKRET.az-a açıqlamasında bildirib ki, Vətən müharibəsində təkcə ermənilərin əsgəri məğlub olmadı: “Bu həm də ermənilərin yaratdığı saxta tarixin məğlubiyyətidir. Ermənilərin son 100 ildə yaratdığı örütüyn ifşa olunmasıdır. Prezidentin öz əcdadlarının Qərbi Azərbaycandan olmasına xüsusi bir vurğu etməsi, bu ərazilərin dədə-babadan qədim Azərbaycan torpağı olmasının göstəricisidir. Bu həm də dənizdən-dənizə erməni iddialarına qarşı səsləndirilən bir fikirdir. Bu, eyni zamanda qalib gələn dövlətin ermənilərə tamamilə fərqli bir formada əməkdaşlıq təklifidir. Söhbət ondan gedir ki, biz Zəngəzurda dəhliz məsələsini reallaşdıracağıqsa, o zaman erməni tərəfi məğlubiyyəti həm də öz iqtisadiyyatında, psixologiyasında və əhalinin yanaşmasında hiss edəcək”.

Əziz Əlibəyli: “Üç cəbhə açmaqla düşməni məhv etmək olar” - MÜSAHİBƏ

Əziz Əlibəylinin sözlərinə görə, Azərbaycanın ordudan sonra iqtisadi qüdrəti də erməni cəmiyyətini məğlub edəcək: “ Azərbaycan Ermənistan iqtisadiyyatında investisiya sahibi olacaq. Bu gün ermənilərin genafondu tükənmək üzrədir. Əhalinin təbii artımı azaldıqca, onun ərazilərinin boş qalma ehtimalı bir həqiqət olacaq. Bütün bunların hamısının gələcəkdə sahibinin azərbaycanlılar olması gün kimi aydındır. Hansı ki, bir müddət sonra biz görəcəyik ki, sərhədboyu bölgələrdə, üzü Zəngəzurdan- Naxçıvana qədər minlərlə hektarlıq əraziləri Azərbaycan sahibkarları istismar edəcəklər. Bu bizim tarixən ora qayıdışımızdır. Bu həm də iqtisadiyyatımızın ora dönüşüdür, yəni manatımızın sərhədlərinin genişlənməsidir. Bütövlükdə isə Azərbaycan adının geriyə qayıdışının ifadəsidir”.

Paylaş
Xəbər lentİ