Murad Dadaşov Gənclər və idman naziri GƏTİRİLİR

Oxunma sayı: 245
27-05-2021, 20:04

Murad Dadaşov Gənclər və idman naziri GƏTİRİLİR
Gənclər və idman naziri Azad Rəhimovun dünyasını dəyişməsindən sonra bu posta təyinat olmayıb.

“Xəzər TV” MMC-nin Baş Direktoru Murad Dadaşovun sözügedən nazirliyə rəhbər gətirilməsi planlaşdırılır.
Mənbəmiz bildirib ki, Gənclər və idman naziri vəzifəsinə təyin olunması planlaşdırılan şəxslər arasında Murad Dadaşovun da adı var. Ona görə də, M.Dadaşov son zamanlar hər hansı bir məsələdə adının hallanmasını istəmir.

Qeyd edilir ki, M.Dadaşovun bir müddət öncə “Xəzər TV”-dən istefa verməsi ilə bağlı yayılan xəbərin məhz bununla əlaqəli olduğu bildirilir. “M Group Production”dan M.Dadaşovun “Xəzər TV”dən işdən ayrıldığını təsdiqləmişdilər. Sonradan “Xəzər TV” bu xəbəri təkzib etmişdi. \\Bakıvaxtı

Paylaş
Xəbər lentİ