Türkiyə ordusu Qarabağda təcili hərəkətə keçir - General çağırış etdi

Oxunma sayı: 286
28-05-2021, 02:13

 Türkiyə ordusu Qarabağda təcili hərəkətə keçir - General çağırış etdi
“Ermənistanın sərhəddə təxribatlar törətməkdə məqsədi öz əməllərini Azərbaycanın üzərinə ataraq, təcavüzkar ölkə kimi qələmə verməkdir”.

Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ordunun ehtiyatda olan generalı Yücel Karauz Metbuat.az-a açıqlamasında belə deyib. O bildirib ki, İrəvan təxribatlar törətməklə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi gücünü bölgəyə cəlb etmək istəyir:


“Ermənistan hakimiyyətinin başqa məqsədləri də var. Onlar ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibədə işğalçı ölkənin düçar olduğu acınacaqlı məğlubiyyəti unutdurmaq istəyirlər. Həmçinin, 10 noyabr bəyanatında əks olunan digər tələblərin yerinə yetirilməsini ləngitmək və seçkiqabağı dövrdə daxili siyasətdə manipuliyasiya etmək istəyirlər”.

Yücel Karauz bildirib ki, təxribatçı atəşlərin bir qismi Ermənistandan, bir qismi isə Qarabağdakı hələ də silahını təhvil verməyən erməni terrorçularından gəlir:

“Qarabağdakı, xüsusilə də Şuşaya qarşı açılan atəşlər və cinayət fəaliyyətləri oradakı ermənilərin terror təşkilatının əməlidir. Buna görə də Birgə Monitorinq Mərgəzində fəaliyyət göstərən Rusiya və Türkiyənin hərəkətə keçməsi lazımdır. Yəni bu terror əməllərini həyata keçirənlərin yerinin müəyyən edilməsi, bunun qarşısının alınması və Ermənistana xəbərdarlıq edilməsi vacibdir. Bəlli oldu ki, işğalçılar boş dayanmaq niyyətində deyillər. Ona görə də, Rusiya, Azərbaycan və Ermənistan tərəfinin ümumi razılığı əsasında sərhəd bölgəsində əsgərlərin bir-birilə təmasda olmamaları, 5 metrdən yaxın məsafədə bir-birilərinə yaxınlaşmamaları məsələsi gündəmə gətirilməlidr. Həmçinin terrorçuluq əməlləri davam edərsə Azərbaycan ordusu bu əməlləri törətməyə çalışan ünsürlərə qarşı hərəkətə keçib onları məhv etməlidir”.

Paylaş
Xəbər lentİ