Ermənistanda səslər "hərrac"a çıxarılır - Kim daha çox pul verərsə...

Oxunma sayı: 345
7-03-2017, 13:04

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca deputatlığa namizədlər arasında gərginlik daha artır.

Namizədlər səs yığmaq üçün hətta vətəndaşlara rüşvət belə təklif edirlər. Ermənistan regionlarda seçki alveri tüğyan edir. Namizədlər bu işlə məşğul olmaq üçün xüsusi adamlar tutublar. Onlar yerlərdə seçicilərlə görüşür, bazarlıq edirlər.

Ermənistanda səslər "hərrac"a çıxarılır - Kim daha çox pul verərsə...



Erməni seçicilər öz səslərini heç də ucuz qiymətə satmaq niyyətində deyillər. Onlar namizədlərin nümayəndələri ilə görüş zamanı kim daha çox pul verərsə, ona səs verəcəklərini vurğulayırlar. Bu isə, deputat olmaq istəyənlər arasında rüşvət mübarizənisi daha da alovlandırır.

Məlumata görə, artıq Armavir bölgəsində seçici səsini almaq üçün 10 min dram vəsait xərclənib. Şübhəsiz ki, bu rəqəm daha artacaq.

Mövcud vəziyyət hakim Respublikaçılar partiyasının namizədlərini ciddi narahat etməyə başlayıb. İqtidar nümayəndələri hesab edirlər ki, seçicilər onları aldadacaq, vəd etdikləri kimi səslərini Respublikaçılara verməyəcəklər.

Armavir vilayətində deputatlığa namizədlər - Respublikaçılar partiyasından Seyran Saroyan, Qrant Qriqoryan, Arakel Movsisyan, Alik Petrosyan və patriarx Qevorkyandır.

İddia edilir ki, Armavir qubernatoru patriarx Qevorkyanı dəstəkləyir.

Sunik vilayətində isə deputatlığa namizəd Xaçatryan Aşot Arseyanın xeyrinə işləyir və seçicilərə 20 min dram vəd verilib.

mənbə: azvision

Paylaş
Xəbər lentİ