İlham Əliyevdən 64 min nəfəri sevindirəcək SƏRƏNCAM

Oxunma sayı: 467
27-06-2019, 23:30

İlham Əliyevdən 64 min nəfəri sevindirəcək SƏRƏNCAM
Prezident İlham Əliyev Xocəsən-Lökbatan avtomobil yolunun 0-11-ci kilometrlik hissəsinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Arasdırma.infonun məlumatına görə, sərəncamla altmış dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Xocəsən-Lökbatan avtomobil yolunun 0–11-ci kilometrlik hissəsinin yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Paylaş
Xəbər lentİ