Vilayət Eyvazov iki rayona rəis təyin etdi

Oxunma sayı: 278
18-07-2021, 22:56

Vilayət Eyvazov iki rayona rəis təyin etdi
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.


Arasdırma.infonun məlumatına görə, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Füzuli Rayon Polis Şöbəsinin rəisi, polkovnik Xəqani Məmmədov vəzifəsindən azad edilərək, Siyəzən rayon polis şöbəsinə rəis təyin edilib.


Nazirin digər əmri ilə Füzuli rayonu Polis şöbəsinə rəis vəzifəsinə isə Zaur Abbasov təyin edilib.


Qeyd edək, Z.Abbasov bu təyinata qədər Füzuli Rayon Polis Şöbəsində rəis müavini olub.//Cahantv.az

Paylaş
Xəbər lentİ