Mərdəkan Bələdiyyə sədri barədə şikayət.

Oxunma sayı: 299
19-07-2021, 08:01

Mərdəkan Bələdiyyə sədri barədə şikayət.

Allah hər xalqa dəniz qismət eləmir. Uca yaradan bizə Xəzər kimi mavi bir dəniz lütf edib. Təəssüf ki, bəzi harınlamış məmurlar dənizi hasara alıb özünə villa tikir, bir başqası dənizi çirkləndirir.
Belələrindən biri də Mərdəkan bələdiyyəsinin sədri Mirbaba Hüseynovdur.
Adından göründüyü kimi cənab bələdiyyə sədri seyid ailəsindəndir, yəni iman əhlidir.
Görəsən, iman əhli olan kəs Allahın bizə lütfü olan mavi dənizi çirkaba batırar ?
Axı, Peyğəmbər əfəndimiz buyurub ki, TƏMİZLİK İMANDANDIR.
Yəni təmizlik olmayan, pinti, çirkablı yerdə iman olmaz.
Görəsən bu adi həqiqəti Mirbaba Hüseynov başa düşmür?
Bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhərinin Xəzər rayonu ərazisində tullantıların idarə olunması vəziyyətini yoxlamaq məqsədilə reyd keçirilib.
Reyd zamanı Xəzər rayonu, Mərdəkan qəsəbəsində tullantıların qanunvericiliyə uyğun qaydada idarə edilmədiyi ortaya çıxıb.
Faktla bağlı əraziyə cavabdeh Mərdəkan bələdiyyəsinin sədri Mirbaba Hüseynov barəsində protokol tərtib olunub və ona inzibati qaydada vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə tətbiq edilib.
Tullantıların qısa vaxt ərzində təmizlənməsi üçün M.Hüseynova icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Bu hadisə bir də təkralanarsa, onu daha ağır cəza, hətta HƏBS gözləyir.
Təsəvvür edin, Mərdəkan boyda qəsəbənin camaatı sevib- SEÇİB Mirbabaya səs verib, onu bələdiyyə üzvü ediblər, sonra da bələdiyyə sədri olub.
Amma heç uşaq da inanmaz ki, kimsə Mirbabaya səs verib.
Mirbabanın Mərdəkanda ayaması, ruslar demişkən, “kliçkası” “prastina satan” Mirbabadır. Beləsinə kim səs verər.
Bəli, yazının başlığına çıxardığımız “çirkləndirir” sözü əbəs yerə deyil.
Bu gün mavi Xəzəri, Mərdəkanı çirkləndirən Mirbaba, illər uzunu xəstəxananı çirkləndirib, batırıb.
Axı, Mirbaba Hüseynov uzun illər Xəzər rayonundakı 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında “zavxoz”, yəni təsərrüfat işləri üzrə müdir olub.
Mərdəkan camaatı Mirbabanı “prostina”, yəni mələfə satan kimi tanıyırdı. Bu adam xəstələr üçün dövlətin ayırdığı “prostina”ları satır, xəstələri köhnə mələfələrlə möhtac edirdi.
Bəli, Mirbaba mələfə sata-sata varlandı və axırda bələdiyyə sədri olmaq eşqinə düşdü. Çünki bilirdi ki, torpaq satmaq mələfə satmaqdan çox-çox qazanclı, xeyirli işdir. Ona görə də mələfə satmaqdan qazandıqlarını verib bələdiyyə sədri oldu.
Amma seçkidə Mirbaba barıtı yaman çox eləmişdi. Seçkinin gedişatında Mirbabanın xeyrinə o qədər saxtakarlıq olmuşdu ki, hətta sosial şəbəkələrdə Mirbabanın videosu yayılmışdı.
Bu gün Mirbaba Hüseynov Mərdəkanda “torpaq bazarı”açıb, ən baha torpaqları satır. Və qısa vaxtda torpaq satmaqla milyonçuya çevrilib.
Bu adam az qala Mərdəkanın yarısını özününküləşdirib. Acsess bank, Oba market, Hovuz inşaat, mebel sexləri bu adamındır.
Mirbaba indi AA seriyalı Panorama sürür.
Mirbaba yaşının çox olmasına baxmayaraq hələ də subaydır. Deyir subaylıq sultanlıqdır.
Deyəsən, Mirbabanın vaxtı çatıb. Çünki MİLYONLARI olub Panoramaya minənlərdə baş gicəllənməsi olur və gəlib aparırlar…

Paylaş
Xəbər lentİ