Prokurorluqdan Zakir Fərəcovun oğlu ilə bağlı AÇIQLAMA

Oxunma sayı: 254
29-07-2021, 22:35

Prokurorluqdan Zakir Fərəcovun oğlu ilə bağlı AÇIQLAMA
Baş Prokurorluq Sumqayıq Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun oğlu Pərvin Fərəcovla bağlı yayılan xəbərlərə münasibət bildirib.

Arasdırma.info xəbər verir ki, rəsmi qurum Fərəcov Pərvin Zakir oğlunun prokurorluq orqanlarında vəzifəyə yeni təyin olunması barədə məlumatları təkzib edib.

Həmçinin qeyd olunub ki, Pərvin Fərəcov 9 iyul 2020-ci il tarixdə Baş prokurorun əmri ilə Bakı şəhər Nizami rayon prokurorunun müavini vəzifəsindən azad edilərək Bakı şəhər prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət şöbəsinin böyük prokuror-metodisti vəzifəsinə təyin edilməklə, artıq 1 il müddətdən artıqdır ki, həmin vəzifədə çalışır.

Paylaş
Xəbər lentİ