“Dəhliz”, yoxsa “nüvə”? / Moskva-Tehran danışığından öncə gələn qəfil zəng...

Oxunma sayı: 271
8-10-2021, 17:51

“Dəhliz”, yoxsa “nüvə”? / Moskva-Tehran danışığından öncə gələn qəfil zəng...
Rusiya Xarici İşlər Nazirliyi Xarici İşlər naziri Sergey Lavrovla ABŞ Dövlət katibi Antoni Blinkenin oktyabrın 6-da Amerika tərəfinin təşəbbüsü ilə baş tutan telefon anışığı haqqında məlumat yaydı.


Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Blinken-Lavrov telefon danışığı zamanı İranın nüvə proqramı, eləcə də ikitərəfli gündəmin digər məsələləri haqqında danışılıb. Telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.

Faktiki olaraq Fransada olan ABŞ Dövlət katibi Blinken səhər tezdən Moskvaya zəng edib və oktyabrın 6-da Moskvada İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahianı qəbul etməyə hazırlaşan Lavrovla danışıb.

Aydındır ki, ABŞ Dövlət katibinin telefon zəngi məhz bu görüşlə bağlı reallıqlarla əlaqədardır. Telefon danışığı zamanı Blinken və Lavrovun İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti müzakirə etməsi bunu aydın şəkildə sübut edir. İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətin müzakirə edilməsi Rusiya XİN-in yaydığı bəyanatda faktiki olaraq söhbətin gündəmi ilə bağlı yeganə konkret xatırlatma idi.

Blinkenin İranın nüvə proqramı ilə bağlı Lavrova nə ötürdüyü və ya nə təklif etdiyi açıqlanmır və məlum deyil, lakin İranın Xarici İşlər nazirini Moskvada qəbul etməzdən əvvəl Lavrovun Blinkenlə danışığı sübut edir və ya təsdiqləyir ki, son günlərdə İsraillə bağlı “xatırlatmalar”la İranın narahatlıqlarının təzahürü Ermənistanla bağlı dəhliz məsələsi (bu, Ermənistanın bir sıra təbəqələrində yayılmış əminlikdir) ilə yox, məhz öz nüvə proqramı ətrafında yaranmış vəziyyətlə böyük ölçüdə diktə olunub.

Bu vəziyyət İranı narahat edir və böyük ehtimalla Moskvaya o gözlənti ilə gedib ki, Rusiya bu məsələdə İranın üzərində yetişən təzyiqi zəiflətmək üçün dəstək verəcək. Rusiya dəstək verəcək, yoxsa yox? Və ya Birləşmiş Ştatları, yoxsa İranı dəstəkləyəcək?

Hər halda İranın nüvə proqramı ətrafında danışıq perspektivi məsələsinin Rusiya Xarici İşlər Nazirliyində Blinken-Lavrov danışığının yeganə konkret məsələsi kimi təqdim edilməsi o barədə danışır ki, Moskva İrana dəstək üçün kifayət qədər yüksək qiymət tələb edəcək, əlbəttə, əgər bu dəstək üçün ABŞ-a daha yüksək qiymət ödəməyə məcbur olmasa. / Ordu.az

Paylaş
Xəbər lentİ