Qazi və şəhid ailələrinin 5,5 milyon manatlıq borcları ödənilib

Oxunma sayı: 255
23-11-2021, 04:01

Qazi və şəhid ailələrinin 5,5 milyon manatlıq borcları ödənilib
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna ("YAŞAT” Fondu) daxil olan vəsaitdən indiyədək hansı istiqamətlər üzrə xərcləndiyi məlum olub.

Fonddan bildirilib ki, vəsaitlər ödənişlərin xərc istiqamətləri üzrə bölgüsü və ödənişlərin xərc istiqamətlərinin alt növləri üzrə bölgüsünə uyğun olaraq sərf edilib.

Belə ki, fonda toplanan vəsaitdən öhdəliyə götürülmüş şəxslərin məişət şəraitinin yaxşılaşdırılması üçün 31 482 289,50 manat xərclənib.

Tibbi xərclərin ödənilməsi üçün 11 107 436,99 manat, borc öhdəliklərinin qarşılanması üçün 5 470 926,70 manat, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı üçün 631 010,51 manat sərf olunub.

İndiyədək fondda 64 611 281,3 manat toplanıb. Həmin vəsaitin 48 155 164,96 manatı xərclənib.

Vəsaitin qalığı isə 16 456 116,34 manatdır.

Paylaş
Xəbər lentİ