11 min abonentin qaz təchizatında fasilə yaranıb - VİDEO

Oxunma sayı: 259
24-12-2021, 18:41

11 min abonentin qaz təchizatında fasilə yaranıb - VİDEO
İmişlinin mərkəzində şəhər əhalisini təbii qazla təmin edən diametri 325 mm olan polad borunun yerüstü yol keçidi hissəsi avtoqəza nəticəsində sıradan çıxıb.

"Azəriqaz" İB-dən "APA-Economics"ə verilən məlumata görə, nəticədə 11 min abonentin qaz təchizatında fasilə yaranıb. Qəza nəticəsində qaz xəttinin üzərində olan diametri 150 və 300 mm olan siyirtmə və qaz tənzimləyici tamamilə sıradan çıxıb. Hal-hazırda sözü gedən ərazidə qaz təchizatında yaranan fasilənin tezliklə aradan qaldırılması məqsədi ilə "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları qəza-bərpa işlərini davam etdirir.

Paylaş
Xəbər lentİ