"Bunu edənlər ciddi şəkildə..." - HÖKÜMƏTDƏN tələbələrin öldüyü dəhşətli qəzaya reaksiya..

Oxunma sayı: 665
9-03-2017, 14:18

"Bunu edənlər ciddi şəkildə..." - HÖKÜMƏTDƏN tələbələrin öldüyü dəhşətli qəzaya reaksiya..

Bu gün səhər Bakı-Sumqayıt yolunda baş vermiş avtomobil qəzası və beş nəfərin həlak olması hər bir kəsi sarsıtdı.
Həm həlak olanların, həm 20 nəfər yaralının gənc, tələbə olması çox ciddi bir hadisədir.

Bu sözləri millət vəkili Aydın Mirzəzadə sosial şəbəkədə bildirib.

"Hadisə göstərdi ki, sərnişin daşınması məsələsinə ciddi diqqət ayrılmalıdır. Bakıdan Sumqayıta və şəhərətrafı qəsəblər üzrə işləyən bütün avtobusların sazlığı yoxlanmalı, tələblərə cavab verməyənlər marşrutlardan kənarlaşdırılmalıdır. Avtobusların konstruksiyalarında dəyişiklərə yol verilməməli, bunu edənlər ciddi pul cəriməsinə məruz qalmalıdır.
Yük avtomobillərinin özbaşına sərnişin avtobuslarına çevirləməsi cinayət əməli kimi qiymətləndirilməli, sürücülərə qarşı tələblər sərtləşdirilməlidir. Marşrutlarda ancaq yeni avtobusların işləməsi məsələsi ciddi şəkildə tələb edilməlidir. İnsanlarımızın, xüsus ilə gənclərimizin başısoyuqluq nəticəsində dünyasını dəyişməsi hallarına qarşı sərt mövqe tutmalıyıq.

"Qəzada ölənlərin ailələrinə allahdan rəhmət diləyirəm".

Paylaş
Xəbər lentİ