“Bakı-Gəncə sürət qatarının yenidən işə düşməsi həqiqətən vacib idi”.
Arasdırma.info xəbər verir ki,bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
O bildirib ki, iki illik fasilədən sonra nəhayət ki, qatarın fəaliyyəti yeni tariflə bərpa olundu:
“Düşünürəm ki, bu nəqliyyat vasitəsi vətəndaşlar üçün əlçatan olmalıdır, yəni qatarların gediş haqqısı artırılarkən mövcud əməkhaqqı və gəlirlər nəzərə alınmalıdır. Lakin digər tərəfdən də nəzərə alsaq ki, Azərbaycan Dəmir Yolları dotasiya ilə işləyir, onlar öz əməkdaşlarının əməkhaqlarını, istismar xərclərini ümumiyyətlə, bütün öz xərclərini bu gəlirlə qarşılayırlar. Bu baxımdan qiymət artımı gözlənilən idi. Rahatlıq baxımdan da sürət qatarının fəaliyyəti həqiqətən faydalıdır”.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70