Azərbaycanda əlillik yeni meyarlarla təyin ediləcək

Oxunma sayı: 290
14-04-2022, 18:51

Azərbaycanda əlillik yeni meyarlarla təyin ediləcək
Azərbaycanda əlilliyin yeni meyarlarla təyin edilməsi istiqamətində işlər yekunlaşmaq üzrədir.

Arasdırma.info xəbər verir ki, bunu "trend"ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, Nazirlər Kabineti artıq yeni meyarları təsdiq edib. “Təqribən 800-dən artıq yeni meyarlar müəyyənləşib. Bildiyimə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və TƏBİB-in həkim ekspertləri təlimlərdən keçiblər. Yəni bu meyarların tətbiqi ilə bağlı ciddi problem qalmayıb”, - deyə o bildirib.

Qeyd edək ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişikliklər edilib. Dəyişikliklərin 2022-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Yeni qaydalara əsasən, əlillik orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək. Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.

İndiki qaydalara əsasən, əlillik 150-160 xəstəlik üzrə müəyyən edilir, lakin yeni qaydalarda bu xəstəliklərin sayı 800-ə qədər artırılır. Yəni artıq 150-160 yox, 800-ə yaxın xəstəlik üzrə əlillik faizi almaq mümkün olacaq.//yeniavaz

Paylaş
Xəbər lentİ