Azərbaycan əhalisinin ən çox nəyə pul xərclədiyi AÇIQLANDI

Oxunma sayı: 215
19-04-2022, 07:40

Azərbaycan əhalisinin ən çox nəyə pul xərclədiyi AÇIQLANDI
2022-ci ilin yanvar-mart ayları üzrə Azərbaycan əhalisinin istehlak xərcləri açıqlanıb.

Arasdırma.info xəbər verir ki, Dövlət Statistika Komitəsindən verdiyi məlumata görə, pərakəndə ticarət şəbəkələrində istehlakçılara 11 milyard manatlıq ərzaq və qeyri-ərzaq məhsulları satılıb.

Müvafiq dövrdə istehlakçıların xərclədiyi vəsaitin 56,5 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 15,2 faizi toxuculuq məhsullarına, geyim və ayaqqabılara, 5,2 faizi avtomobil benzini və dizel yanacağına, 4,7 faizi elektrik malları və mebellərə, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlara, 1,1 faizi kompüterlərə, telekommunikasiya avadanlıqlarına və çap məhsullarına, 14,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Qeyd olunan müddət ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 11,0 milyard manatlıq ərzaq və qeyri-ərzaq məhsulları satılıb.//Cahantv.az

Paylaş
Xəbər lentİ